Əsas səhifə Biznes Sərmayələriylə milyonlar qazanan məşhurlar

Sərmayələriylə milyonlar qazanan məşhurlar

1619
Paylaş

Son beş ildə ABŞ-da bir çox sənətçi və idmançı mələk investor kimi Silikon Vadisində yatırımlar edirlər. DiCaprio, Kutcher kimi məşhurların texnoloji şirkətlərinə yatırdıqları sərmayələrlə milyonlar qazanması digər məşhurların da investor olmasına səbəb oldu. Sonuncu dəfə Beyonce, Sidestep adlı mobil tətbiqə 150 min dollar sərmayə yatırdı.

Kobe Bryant

NBA əfsanəsi Kobe Bryant basketbol karyerasını bitirən kimi sözün əsl mənasında texnoloji şirkətlərin ovuna çıxdı. Jeff Stibel ilə birlikdə 2013-cü ildə Stibel Bryant Fondunu yaratdı. Bryant keçən ay açıqlamasında sərmayələrinin 100 milyon dolları aşdığını söyləmişdi. Fondun reserve.com ve Alibaba’da payları var.

Leonardo DiCaprio

Leonardo DiCaprio 2011-ci ildə video ve şəkil paylaşım tətbiqi Mobliyə 4 milyon dollarlıq sərmayə etmişdi. DiCaprionun şirkətdəki payı hazırda 45 milyon dollara qədər yüksəlib. Bundan əlavə aktyor Cue adlı mobil tətbiqə də sərmayə yatırıb.

Robert Downey

Iron Man filmiylə tanınan Robert Downey Jr. Hollywoodun ən aktiv texnoloji investorlarından biridir. 2011-ci ildə Downey Ventures fondunu yaradan aktyor, 2012-ci ildə bir grup investorla bərabər Youtube videoları hazırlayan Maker Studioya 36 milyon dollar sərmayə yatırmışdı. Maker Studio isə 2014-cü ildə Disney tərəfindən 500 milyon dollara satın alındı.

Ashton Kutcher

Aktyor Ashton Kutcher tərəfindən 2011-ci ildə qurulan A-Grade Investments adlı fond bugün 250 milyon dollarlıq portfelə sahibdir. A-Grade 5 il əvvəl Uberdən 500 min dollarlıq pay satın almışdı. Hazırda həmin səhmlərin dəyəri 50 milyon dollara yaxındır.

Jesicca Alba

Bəzən məşhurlar hazır layihələrə deyil adi fikirlərə də sərmayə yatırırlar. Gözəl aktrisa Jessica Alba 2011-ci ildə məşhur investor Brian Lee ilə The Honest Co. adlı e-ticarət saytını yaratdı. Saytda tərkibində zərərli maddələr olmayan uşaq və yetkinlər üçün baxım dəstləri satılır. Şirkətin hazırda dəyəri 1.1 milyard dollara yaxındır.