Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Şərab zavodunun sahibləri yeni sədr seçəcək

Şərab zavodunun sahibləri yeni sədr seçəcək

77
Paylaş

“Cəlilabad Şərab 2” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

Yığıncaq 3 sentyabr 2019-cu il saat 11.00-da Cəlilabad rayonu, Qarazəncir kəndində “Cəlilabad Şərab -2” ASC-nin inzibati binasında baş tutacaq.

Yığıncağın gündəliyinə tək başçı (sədr) icra orqanının seçilməsi, cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi, dividendlərin verilməsi qaydasının təsdiq edilməsi və digər məsələlər daxildir.