Əsas səhifə Biznes sahələri Avtomobil Səhmdarları etiraz etdi: “Tesla” müflis şirkəti 2,6 milyard dollara alıb

Səhmdarları etiraz etdi: “Tesla” müflis şirkəti 2,6 milyard dollara alıb

97
Paylaş
Elon Musk
Elon Musk

“Tesla”nın 2016-cı ildə 2,6 milyard dollara satın aldığı günəş panelləri istehsalçısı “SolarCity”nin həmin dövrdə müflis olduğu iddia olunub.

Səhmdarlardan birinin iddialarına görə, “Ernst & Young”ın “SolarCity“də apardığı audit nəticəsində şirkətin nəinki böyük borclarının olduğu, həm də o borcları ödəməyə vəsaitinin olmadığını ortaya çıxarıb.

Səhmdarlar İlon Maskın səhmlər üzrə böyük paya sahib olmasından istifadə edərək yanlış məlumatlar açıqlaması və bununla da yanlış yatırımlar etməsi səbəbi ilə məhkəməyə verib.

Qeyd edək ki, “SolarCity” 2016-cı ildə İlon Maskın qohumları Lindon və Pitr Rayv qardaşları tərəfindən yaradılıb və elə həmin ildə də dünyada ilk şaquli inteqrasiya edilmiş davamlı enerji şirkətinin yaradılması məqsədilə “Tesla” tərəfindən 2,6 milyard dollara satın alınıb.

Bu xəbərin ardından “Tesla”nın səhmləri birjada 7% dəyər itirib.