Əsas səhifə Xəbərlər Xarici xəbərlər Səhmdarları “Daimler”i məhkəməyə veriblər

Səhmdarları “Daimler”i məhkəməyə veriblər

49
Paylaş

Almaniyanın avtomobil istehsalçısı “Daimler AG”yə 219 böyük korporativ səhmdarı tərəfindən, qəsdli olaraq yanıldıcı emissiya qazı ölçmə proqramı istifadə etməsinin səhm qiymətlərinə mənfi təsir etdiyi səbəbilə təxminən 900 milyon avro dəyərində təzminat işi açılıb.

“Bizplus.az” xəbər verir ki, Mercedes-Benz avtomobillərinin istehsalçısı olan “Daimler” istifadə etdiyi “qeyri-qanuni” və “yanıldıcı” emissiya ölçmə sisteminin risk və xərcləri haqqında səhmdarlarını məlumatlandırmayıb və bununla da sərmayə bazarı qanununu pozmuş olublar.

TILP hüquq firmasından verilən açıqlamada, Şimal Amerika, Asiya, Avstraliya və Avropadan fondlar, banklar və sığorta şirkətlərindən ibarət 219 sərmayəçi adına Stuttqartdakı bölgə məhkəməsində 30 dekabr 2019-cu il tarixində 896 milyon avro məbləğində iddia açıldığı qeyd edilib.

Şirkəti, onları lazım olduğu kimi məlumatlandırmamaqda günahlandıran həmin sərmayəçilər, “Daimler” səhmini çox yüksək bir qiymətə satın alıblar. Sonra isə ortaya çıxan yanıldıcı proqram istifadəsi şirkətin səhmlərinin dəyərinə mənfi təsir edib. “Daimler”in zərərin kompensasiyasından məsul olduğunu düşünürük”,- TILP hüquq firmasından bildirilib.

“Daimler”dən edilən şərhdə iddianın haqsız olduğu qeyd edilərək, şirkətin bütün hüquqi yollarla özünü müdafiə edəcəyi vurğulanıb.