Əsas səhifə Xəbərlər Xarici xəbərlər Səhmdar Mike Rothenberg 31mln. dollar ödəməli olacaq

Səhmdar Mike Rothenberg 31mln. dollar ödəməli olacaq

71
Paylaş

Məhkəmə, amerikalı səhmdar Mike Rothenberg-dən 31 mln. dollar ödəməyi tələb edib. Bu pulu o, tərəfdaşlarının vəsaitlərini stadionların icarəsinə, Coldplay klipinin çəkilişinə və digər əyləncələrə israf etdiyinə görə ödəməli olacaq. Bu barədə məhkəmənin qərarına istinadən TechCrunch xəbər verir.

İddia ABŞ-ın birjalar və qiymətli kağızlar Komissiyası (SEC) tərəfindən irəli sürülüb. Məhkəmə tənzimləyicinin tərəfində dayanıb və qarşı tərəfi səhmdarlara 18,8 mln. dollar , 9 mln. dollar vergi və 3,7 mln. dollar faiz şəklində ödəniş etməyə çağırıb.

Mənbələrdən birinin məlumatına görə, Rothenberg həmin pulları həmkarları arasnda məhşurlaşmaq üçün xərcləyib.

Qeyd edək ki, 2018-ci ildə SEC Rothenberg-i səhmdarlara məxsus 7 mln. dolları mənimsəməkdə rəsmən günahlandırmışdı. O zaman tərəflər razılığa gəlmişdilər – Rothenberg günahını boynuna almamışdı, amma istefa verib, üzərinə 5 il ərzində investisiya tövsiyəsi və brokerliklə məşğul olmamaq barədə öhdəlik götürmüşdü.

Bundan sonra da fond rəhbərinə qarşı bir neçə iddia irəli sürülür.

Deloitte mühasibatlıq firması ilə birgə keçirilən ekspertizadan sonra SEC yenidən Rothenberg-i səhmadarların vəsaitlərini mənimsəməkdə ittiham edib – bu dəfə söhbət 18,8 mln. dollardan gedib. SEC iddia edir ki, Rothenberg qonorarlarının məbləğini artırıb və öz fırıldaqçılığını gizlətmək üçün mühasibatlıq qeydlərinə dəyişikliklər edib.