Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər “Sədərək” Ticarət Mərkəzinə mal gətirilməsi dayandırıldı

“Sədərək” Ticarət Mərkəzinə mal gətirilməsi dayandırıldı

81
Paylaş

Azərbaycanda fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinə İran İslam Respublikasından satış üçün malların gətirilməsi dayandırılıb.

Bu barədə mərkəzin mətbuat xidmətindən verilən xəbərdə deyilir.

Qeyd edilir ki, İrandan “Sədərək” Ticarət Mərkəzinə əsasən xalça və digər toxuculuq məhsulları gətirilirdi. Hal-hazırda bazarda artıq İran malları işləmir. Xalça biznesi ilə məşğul olan şəxslərin əvvəlki aylardan gətirdiyi mallar hələ satılmayıb. Ona görə də İrandan “Sədərək” Ticarət Mərkəzinə malların gətirilməsi dayandırılıb. Bundan başqa, bazara mallar əsasən Türkiyə və Çindən gətirilir ki, koronavirusla bağlı olaraq da Çindən malların gətirilməsi dayandırılıb. İndi bazara ancaq Türkiyədən mallar gətirilir.