Əsas səhifə Biznes Ruslar İmişliyə sərmayə qoyacaq

Ruslar İmişliyə sərmayə qoyacaq

515

Strateji planlaşdırma və investisiya siyasəti üzrə Arxangelsk vilayəti qubernatorunun Birinci müavini İkonnikov Viktor və onun nümayəndə heyəti sahibkarlığın inkişafına sərmayə qoyulması ilə bağlı  İmişli rayonunda olublar.

İH-dən verilən xəbərə görə, səfər çərçivəsində Arxangelsk vilayəti qubernatorunun Birinci müavini, onu müşayət edən nümayəndə heyəti və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev rayonda yerləşən İmişli şəkər zavoduna, Şəkər zavodunun nəzdində fəaliyyət göstərən Şəkər yem zavoduna, Kəllə qənd zavoduna, İmişli Pambıq təmizləmə zavoduna və “ARAZ-KO” LTD istxana kompleksinə baxış keçirib və İmişli rayonunda hansı sahələr üzrə iş görülməsi barədə işgüzar söhbətlər aparılıb.

Yaxın gələcəkdə bu görüşün müsbət nəticələri olacağı vurğulanıb.