Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Rusiyaya poçt bağlaması göndərənlərin nəzərinə! – 30 faiz vergi qoyuldu

Rusiyaya poçt bağlaması göndərənlərin nəzərinə! – 30 faiz vergi qoyuldu

328
Paylaş

“Rusiya poçtu” dünyanın istənilən ölkəsindən Rusiya  ərazisinə daxil olan beynəlxalq  bağlamalara 30 faiz vergi qoyub. Bu verginin ödənişi isə poçt göndərişi gömrüyə daxil olanda həyata keçiriləcək.

Bu barədə “Azərpoçt” məlumat yayıb.

Federal gömrük xidməti 500 avrodan çox dəyəri olan gömrüyə daxil olan göndərişlərin  1/3-i məbləğində dövlət rüsumu ödənilmədiyi təqdirdə onların  buraxılmasına icazə verməyəcək.

Əgər Rusiya sakini müəyyən vaxt müddətində dövlət rüsumunu hər hansı səbəblərə görə ödəməzsə, gömrük bağlamanı onu göndərən ölkəyə geri qaytaracaq.

Bundan başqa, maksimum çəkiyə görə məhdudiyyət artıq dəyişdirilib, yəni 31 kq. limit qoyulub. Bu limit keçildiyi təqdirdə, hər bir əlavə 1 kq üçün 4 avro ödənilməlidir.

Beləliklə, başqa ölkələrdən hər hansı artıq çəkili əşyanın alınıb, Rusiyaya çatdırılması əsla sərfəli deyil.