Azərbaycandan idxal edilən pomidor məhsulunun ölkəyə geri qayrarılması ilə bağlı Rusiyanın aidiyyəti qurumu tərəfindən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) hər hansı rəsmi məlumat daxil olmayıb.
Bu barədə AQTA-dan bildirilib.
Qeyd olunub ki, hazırda Agentliyin əməkdaşları məsələni nəzarətə götürüb və həqiqətə uyğun olub-olmadığı araşdırılır: “Fakt öz təsdiqini taparsa, Agentlik aidiyyəti tədbirlər görəcək və bununla bağlı ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Karaçay-Çərkəz Respublikasının Stavropol Vilayəti üzrə İdarəsinin əməkdaşları Azərbaycandan gətirilən 36,5 ton pomidora baxış keçiriblər. Nəticədə pomidorda Cənubi Amerika tomat güvəsinin aşkar edildiyi və məhsulun geri qaytarıldığı bildirilib.