Əsas səhifə Biznes sahələri Turizm Rusiyanın turizm şirkətləri Çinə çıxışları dayandırıb

Rusiyanın turizm şirkətləri Çinə çıxışları dayandırıb

40
Paylaş

Rusiyanın turizm şirkətləri son günlər korona virusu səbəbilə 81 nəfərin öldüyü Çinə bilet və tətil paketlərinin satışını dayandırıb. Bu barədə Rusiya Tur Operatorları Birliyinin sədri Dmitri Qorin açıqlama verib.

“Bizplus.az” xəbər verir ki, Qorin, Çində olan Rus turistlərin ölkəyə geri gətirilmələri üçün çalışdıqlarını da bildirib.

Çinin karantin elan edilmiş Vuhan şəhərində 75-i tələbə olmaqla təxminən 140 Rusiya vətəndaşı olduğu məlumatı verilib. Ötən həftə Vuhandan Moskvaya bütün birbaşa uçuşlar ləğv edilmişdir.