Rusiyanın şəhərlərində Azərbaycanın turizm potensialının biznes-təqdimatları keçiriləcək

Date:

Paylaş:

Rusiyada Azərbaycan istiqaməti üzrə “Tour a Vent” turoperatorunun informasiya xidmətinin yaydığı məlumata görə, oktyabrın 9-da Rusiya şəhərlərində road-şou çərçivəsində informativ biznes təqdimatları başlanacaq. Moskva, Yekaterinburq, Sankt-Peterburq və Kazanda keçiriləcək təqdimatlarda Azərbaycanın turizm potensialından danışılacaq.

AZƏRTAC xəbər verir ki, hər şəhərdə populyar turizm istiqaməti kimi Azərbaycanın maarifləndirici biznes-təqdimatı keçiriləcək. Tədbirin təşkilatçısı – Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Rusiyadakı nümayəndəliyinin funksiyalarını yerinə yetirən ilk turoperator – “Tour a Vent” şirkətidir.

Road-şounun məqsədi rusiyalı turistlər üçün Azərbaycanın turizm potensialını və ölkənin regionlarında turizm imkanları spektrini təqdim etmək, Rusiyanın turizm biznes-seqmentinin nümayəndələrini əməkdaşlığa cəlb etməkdir.

“Şahdağ” turizm mərkəzi, “Qafqaz” və “Absheron Hotel Group” otellər şəbəkəsi, “Fairmont”, “Rixos”, “Naftalan Qashalti” və digər otellər təqdimatlarla çıxış edəcək.

Tədbir hər şəhərdə milli şirniyyatların qoyulduğu çay süfrəsi ilə başa çatacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...