işləməyə başlayacaq.
Wildberries-in Polşa bazarına çıxmaq planları haqqında Sənaye və Ticarət Nazirliyinin şirkət təchizatçıları üçün təlimatında bəhs olunur. “Kommersant” da bu planlardan xəbərdardır: bu qaynaqdan əldə edilən məlumata görə, Wildberries 2019-cu ilin yayında Polşada qazanmağa başlayacaq.
Wildberries-in nümayəndələri Avropa bazarına çıxmaq planını təsdiqləyiblər, lakin ölkəni və tarixi deməyiblər.
Wildberries-in inkişaf məsələləri üzrə direktoru Vyaçeslav İvaşenko təsdiqləyib ki,yeni bazara çıxamqla riteyler yerli domenə aid bir sayt işə salır və öz şəxsi sifariş yollanmaları üçün yol açır.
İnfoline- Analitik -in baş direktoru Mixail Burmistrovun sözlərinə görə “Wildberries”-in Polşa bazarına çıxışı üçün ilkin xərclər təxminən 5 milyon avroya yaxındır: bunlar əlavə anbarların, ofislərin kirayəsinə, işin gedişatı üçün əsas sayılan işlərə və başqa məsələrə görə olan xərclərdir.
Hal-hazırda “Wildberries” Qazaxıstanda, Belarusiyada, Qırğızıstanda və Ermənistanda işləyir. Özlərinin verdiyi məlumata görə 2018-ci ildə “Wildberries”-in dövriyyəsi 72 % artaraq 118,7 milyard rubl olmuşdur. 2019-cu ilin fevralında Forbes jurnalı “Wildberries”-i 1,2 $ milyard kimi qiymətləndirdi , şirkətin rəhbəri Tatyana Bakalçuku isə Rusiyada Yelena Baturinadan sonra ikinci qadın milyarder kimi tanıdı.