Rusiyanın enerji şirkəti “Qazprom”un bazar dəyəri 95 milyard dollara (6 trilyon rubl) çatıb.
“Qazprom”un səhminin dəyəri günün ilk yarısında 1,1 faizlik artımla 254,5 rubla qalxıb.
Şirkətin səhmlərinin dəyəri 2008-ci ilin Avqust ayından bu yana ən yüksək səviyyəyə, “Qazprom”un bazar dəyəri də 6 trilyon rubla (təxminən 94,7 milyard dollar) çatıb.
Beləliklə “Qazprom”, təxminən 5,4 trilyon rublluq bazar dəyərinə malik “Sberbank”ın önünə keçərək Rusiyanın ən dəyərli şirkətləri arasında birinci yerə yüksəlib.
“Qazprom”un səhm qiyməti, mayda, 2018-ci il üzrə veriləcək dividendin 2017-ci illə müqayisədə iki dəfə artıracağını açıqlanmasının ardından bahalaşmağa başlayıb.