Gələn həftədən etibarən Rusiyada yerli və xarici avtomobil istehsal edən zavodlar fəaliyyətlərini dayandıracaqlar.
Bu barədə Rusiya prezidentinin imzaladığı fərmanda bildirilir.
Rusiya mətbuatı bununla bağlı açıqlama yayıb. Belə ki, fərmana əsasən, ölkədəki avtomobil zavodları koronavirus pandemiyası ilə əlaqədar olaraq 30 martdan 3 aprel tarixinə kimi fəaliyyət göstərməyəcəklər.
Qeyd edək ki, 25 martda qəbul edilmiş qərara uyğun olaraq, Rusiyada fəaliyyət göstərən “AvtoVaz”, “KamAz”, “QAZ Qrup”, “Sollers Qrup”, “Ford Sollers”, “Hyundai”, “Haval”, Nissan”, “Toyota, “Volkswagen” və PSA Qrup” zavodları fəaliyyətlərini dayandıracaq.