Rusiyanın Azərbaycana investisiyaları 4 milyard dollara yaxınlaşıb

1
1009

Rusiyalı sahibkarların Azərbaycan iqtisadiyyatına investisiyaları 3,7 milyard dollara çatıb.

Fins.az-ın məlumatına görə, bunu Azərbaycan-Rusiya işgüzar görüşündə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycan öz növbəsində Rusiya iqtisadiyyatına bir milyard dollardan çox investisiya qoyub: “Rusiya Azərbaycanın başlıca ticarət tərəfdaşlarından biridir. Təsadüfi deyil ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi məhz bu ölkədə açılıb. Bu onu ifadə edir ki, biz Rusiya ilə münasibətlərə böyük əhəmiyyət veririk”.

© Trend

1 COMMENT