Rusiyanın “Ural Hava Yolları” aviaşirkətinin bort jurnalı olan “UAM”ın redaksiyası Azərbaycandan üzr istəyib.
Redaksiya jurnalın 2019-cu il 117 nömrəli nəşrində dərc edilmiş reklamdakı qeyri-dəqiqliyə görə üzrxahlıq edib.
Redaksiyadan həmçinin bildiriblər ki, jurnalın iyun nömrəsinin nüsxələri bütün təyyarələrdən yığışdırılıb, eləcə də jurnal həmin reklamı verənlə müqaviləni ləğv edib.
Xatırladaq ki, “UAM” jurnalının sözügedən nömrəsində “Günəşli Ermənistana vertolyot turları” başlıqlı reklam yerləşdirilmişdi. Reklamda Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilmiş, işğal olunmuş ərazilərə vertolyot turlarının təşkili barədə elan dərc olunmuşdu.