“Forbes” jurnalı Rusiyanın ən varlı qadınlarının siyahısını dərc edib.
Rus mətbuatına istinadən, siyahıya yenidən Moskvanın keçmiş meri Yuri Lujkovun həyat yoldaşı Yelena Baturina başçılıq edir.
O, 1,2 milyard sərvəti ilə ölkənin ən zəngin qadınları siyahısında birinci yeri qoruyub saxlaya bilib.
Siyahının ikinci pilləsində 600 milyonluq sərvəti ilə “Wildberries” intenet geyim mağazasının baş direktoru qərarlaşıb. Üçüncü pilləni isə “Monoko” futbol klubunun sahibi Dmitri Rıbolovlevin keçmiş xanımı Yelena Rıbolovleva tutub. Onun da varidatı 600 milyon dollar məbləğində qiymətləndirilib.