Rusiyanın ən varlı qadınları – 2017

Date:

Paylaş:

Forbes” jurnalı Rusiyanın ən varlı qadınlarının siyahısını dərc edib.

Oxu.Az xəbər verir ki, siyahıya yenidən Moskvanın keçmiş meri Yuri Lujkovun həyat yoldaşı Yelena Baturina başçılıq edir.

Jurnal yazır ki, bu il var-dövlətinin 100 milyon dollar azalaraq bir milyard dollar təşkil etməsinə baxmayaraq, Y.Baturina ölkənin ən zəngin qadınları siyahısında birinci yeri qoruyub saxlaya bilib. O, həmçinin bu il dünyanın ən zəngin qadınları siyahısına daxil edilmiş yeganə rusiyalıdır. Həmin siyahıda Baturina 1940-cı yeri tutub.

Rusiyalı iş adamı, “Bank Kipra” bankının və “Monoko” futbol klubunun sahibi Dmitri Rıbolovlevin keçmiş xanımı Yelena Rıbolovleva siyahıda ikinci yerdədir. Onun varidatı 600 milyon dollar məbləğində qiymətləndirilir. Üçüncü yeri isə “S7” aviaşirkətinin direktorlar şurasının sədri Natalya Fileva (600 milyon dollar) tutub.

“Forbes” jurnalının siyahısına ümumilikdə 25 qadın daxil edilib. Onların varidatının ümumi məbləği 7,3 milyard dollar həcmində qiymətləndirilib. Bu isə ötənilki göstəricidən 25 faiz çoxdur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...