Rusiyanın ən varlı adamı öz biznesini satmasının üç səbəbindən danışdı

Date:

Paylaş:

Rusiyanın ən varlı adamlarından biri olan Serqey Qaliskiy əsasını qoyduğu “Maqnit” pərakəndə satış mağazalarını satmasına sövq edən 3 səbəbdən danışıb.

Biznesmen qərarın motivləri barəsində “The Bell” nəşrinə müsahibəsində açıqlayıb.

Əsas səbəblərdən biri daimi psixoloji gərginliklə bağlı idi, vəziyyəti hər şeyi nəzarət altında saxlamağa təşviq edirdi.

“Bu, sanki səninlə şirkətin arasındakı fərdiləşməyə bənzəyir. Sən 100% nəzarəti əlində saxlaya bilmirsən, bu insanların həyat şəraitləri ilə bağlıdır və hər gün bu yük artır. Bu şəxsən mənim üçün çox çətin idi”, – deyə biznesmen qeyd edib.

Sahibkar vurğulayıb ki, 24 il ərzində o heç vaxt bazar günü evdə səhər yeməyi yeməyə macal tapmayıb. O, açıqladı ki, əvvəlcə belə iş rejimi onun xoşuna gəlirdi, amma zaman keçdikdə, yığılan yorğunluq özünü büruzə verməyə başlayıb.

Səbəblərdən biri kimi o yaşını qeyd edib. Sən 300 000 əməkdaşa görə, məsul ola bilməzsən: “Bu, sahibkar üçün çox güclü təzyiqdir. 35-40 yaşında sən bunun öhdəsindən gəlirsən, amma 50 yaşda isə artıq vəziyyət çətinləşir. Biznes intellekt oyununa bənzəyir. Qəbul etməlisən ki, 35-40 yaşında sən onu idarə edə bilirsən, 50 yaşda isə vəziyyət çətinləşir”, – deyə “Maqnit” pərakəndə satış mağazaları şəbəkəsinin rəhbəri Sergey Qaliskiy bildirib. O, əlavə edib ki, belə bir qərarın qəbul edilməsində məqsəd şirkətin idarəetmə strukturunun yenidən qurulması deyildi: “Sadəcə Direktorlar Şurasının görüşlərinə baş çəkmək istəmirdim. Bu, ona bənzəyir ki, ağıllı insanlar hansısa ağ kağızlara baxırlar”.

O, əlavə edib ki, biznesinin satmasına təsir edən amillərdən biri dövlət tənzimləmələrinin gücləndirilməsi ilə bağlı olub. Biznesmen əlavə edib ki, ona dövlət orqanları ilə danışıqlar çətinliklə müvəffəq olurdu: “Əgər optimal biznes qərarların axtarışındasansa, hər gün dövlət orqanları ilə dialoqda olmalısan. Bu, sahibkar kimi mənim üçün çox çətin idi, belə danışıqlar qəbul etməliyəm ki, mənim güclü tərəflərimdən biri deyildi”.

Xatırladaq ki, Qaliskiy 24 ildən sonra, ilk dəfə ötən il şirkətin səhmlərinin 29,1%-ni VTB qrupa 128 milyard rubl qarşılığında satmışdı. Nəşrə mənbələrdən biri deyib ki, sahibkar ilə qrup arasında danışıqların nəticəsinə tez bir zamanda nail olunub. VTB onun etibar etdiyi qruplardan biri olduğundan, onunla razılığın əldə edilməsi daha asan oldu, deyə mənbə deyib.

Qeyd edək ki, VTB investisiya şirkəti “Marafon Qrup”un səhmlərinin 11,82%-ni alışdan sonra, yenidən satıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...