İnternet – şirkəti videoreklam platformasından 50,83%-ni əldə edib. Beləliklə, “Mail.ru Group” “Neytiv media” MMC-nin şəriki olub.
Bu haqda “İnterfaxs” “Spark-İnterfaks” sisteminin məlumatlarına istinadən yazıb.
Aprelin 23-dən o premium video reklam yerləşdirmək platforması “Nativeroll”un 50,83%-nə sahibdir. Nəticədə, videoreklam platformasında payların mütənasib şəkildə bölündüyü 4 şərikdən geri alınıb. Bu gün Anton Beşekov, Andreya Buzin, Qleb Burov “Neytiv media” da yalnız 15,6%-lik paya sahibdirlər.
“İnterfax”a tərəflər arasında baş tutan müqavilənin dəyəri haqqında heç bir informasiya verilməyib. Əlavə edək ki, “Nativeroll” reklamverənlərə 4 formatda, ümumilikdə 100 nəşrdə videoçarxlarını yerləşdirməyi təklif edir. Şirkətin saytında deyilir ki, kompaniyanın aylıq istifadəçi əhatə dairəsi 75 milyon istifadəçiyə çatır.
“Nativeroll”un şəriklərindən biri olan Anton Beşekov “İnterfax”a deyib ki, saziş “Nativeroll”a “Mail.ru Group”un resurslarındna istifadə etməyə və məhsulların yaradılması sahəsində texnologiya həllərini yaxşılaşdırmağa imkan verəcək. “MRG ilə olan əməkdaşlıq platformanın işinə böyük miqdarda yeni imkanlar açacaq.
Komanda tam heyətlə məhsulların inkişaf etdirilməsi istiqamətində çalışacaqlar. Yeni müqavilə çərçivəsində işçilərin yerdəyişdirilməsi planlaşdırılmır”, – deyə “AdIndex” nəşrinə baş direktor Anton Beşekov deyib.
Xatırladaq ki, “Neytiv media” MMC 2014-cü ildə qeydiyyatdan keçib. Veb-xidmətlərin məlumatlarının yoxlanılmasını həyata keçirən “Kontur.Fokus”un informasiyasına, əsasən şirkətin xalis gəliri 2017-ci ildə 8,2 milyon rubla, gəlirləri isə 217,4 milyon rubl olub.
Daha əvvəl isə deyilirdi ki, “Mail.ru Group”a daxil olan myTarget reklam platformasının müştəriləri artıq “Nativeroll”dan reklam almaq imkanını əldə ediblər.