Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Rusiyanın ən böyük aeroportu özəlləşdirilir

Rusiyanın ən böyük aeroportu özəlləşdirilir

15
Paylaş

Moskvanın və Rusiyanın ən böyük aeroportlarından biri  – Şeremetyovo tam özəlləşdiriləcək.

Hava limanının indiki özəl sahibləri dövlətdə qalan payın da alınması üçün müraciət  ediblər.

Hazırda hava limanının  səhmlərinin 66,1%-i Kiprdə qeydiyyatdan keçmiş «Şeremetyevo holdinq»ə məxsusdur. Həmin şirkətin özü isə rusiyalı milyarderlərə məxsusdur. Səhmlərin  65,22%-i Aleksandr Ponomaryova və Aleksandr Skoroboqatkoya, 34,78%-i isə Arkadi Rotenberqə məxsusdur.

Dövlət isə aeroportun 30,46% səhminə sahibdir. Artıq bu barədə müraciət edilib və baş tutsa, Şeremetyevo aeroportu tam özəl olacaq.

Qaydaya görə, özəl investorlar dövlətdən qalan səhmləri razılaşdırılmış qiymətlə, amma bazar qiymətindən təqribən 35% artıq qiymətə alacaqlar. Bəzi qiymətləndirmələrə görə, dövlətdəki səhmlərin qiyməti təqribən $50–70 milyarddır. Amma dəqiq məbləğlər məlum deyil. Son qiyməti Rusiyanın Əmlak Komitəsinin cəlb etdiyi qiymətləndirici müəyyən edəcək.

Səhmdarlar bu qiymətə razılışmasalar aeroportdakı dövlət payı hərraca çıxarılıb satılacaq.

Şeremetyevo aeroportu Avropanın 8-ci ən çox sərnişin keçən hava limanıdır. Ötən il burada 49,9 milyon sərnişinə xidmət edilib. Aeroportun dövriyyəsi isə 45% artaraq 84 milyard rubla çatıb.