Əsas səhifə Məqalələr Maraqlı Rusiyalı qızcığazın real həyat hekayəsi – Ayda 30 milyon qazanır

Rusiyalı qızcığazın real həyat hekayəsi – Ayda 30 milyon qazanır

102
Paylaş

Balaca uşaqların necə ayda, orta gəlirli bir insanın illik məvacibinə bərabər məbləğdə pul qazanmasını eşidəndə yəqin ki, bir çoxları təəccüblənir. Bu dəfə isə onlarla insandan da daha çox qazanan rusiyalı bir qızdan söhbət gedir.

Anastasiya adlı bu qızcığaz bir zamanlar öz ailəsi ilə birgə Rusiyanın Krasnodar əyalətində yaşayıb. O vaxtlar onun anası öz qızını oyuncaqlarla oynadığı zaman çəkib, videosunu YouTube-a yerləşdirmək qərarına gəlir. Əvvəlcə qızın ailəsi bununla necə pul qazanmağın mümkün olduğunu düşünmür və sadəcə ard-arda videolar çəkib yerləşdirir. Kanal “Like Nastya” adlanırdı.İlk vaxtlar oyuncaqların açılmasını videoya çəkib qoydular, amma bu yaxşı baxış sayı toplamadı. Ona görə də Nastyanın valideynləri qızları ilə birgə dənizə gedib bütün bunuları videoya çəkmək qərarına gəlirlər. Belə format izləyicilərin rəğbətini qazanır və buna görə gündəlik olaraq minlərlə baxış və abunəçi sayı qazanır. Yarım ayda kanal 2 milyon izləyici sayı toplayır. Nastyanın ailəsi bununla yaxşı qazanmaq mümkün olduğunu görüb daha bir kanal açırlar, buradakı videoda qızları atası ilə oynayır.

Hər iki kanal sürətlə inkişaf edir və reklam edilir. Cəmi üç ilə onların çoxmilyonlu auditoriyası yığılır. “Like Nastya” kanalının 15 milyon abunəçisi var və aylıq 120 milyon baxış sayı toplayır. İkinci kanalda say daha çoxdur. Kanal “Like Nastya Vlog” adlanır, onun 40 milyon izləyicisi və aylıq 2 milyard baxış sayı var. İkinci kanala gündəlik olaraq 90 min adam yazılır, daha doğrusu hər ay demək olar ki, 3 milyona yaxın abunəçi əlavə olunur. Qazanclarına gəldikdə isə iki kanaldan Nastya və valideynləri təxminən 30 milyon rubl əldə edirlər. İllik gəlirsə 300 milyondan çoxdur.

Sonralar qız ailəsi ilə birlikdə Krasnodardan Amerikaya köçüb gəlir. Beləcə, balaca qız oyuncaqlarla oynamaqla YouTube-dan gəlir əldə edir.