Rusiyalı milyarderə məxsus olan supermarketdən yeni addım

Date:

Paylaş:

“Diksi” mağazanın yeni formatını yoxlayır.

Riteyler Moskvada Novorijski küçəsində yeni formatda mağaza açır, mətbuat xidmətinin məlumatında deyilir.

Şirkət gələcək planları haqqında danışmayıb, amma deyiblər ki, mağaza yeni lövhənin altında və yeni konsepsiyanın elementləri ilə birlikdə açılacaq.

“Diksi”nin nümayəndəsi Vadim Makarenko isə açıqlamasında deyib ki, “Biz bu mağazada bir çox ideyanın reallaşmasını planlaşdırırır. Ən uğurlu ideyalar şirkətin bütün mağazalar şəbəkəsində tətbiq ediləcək”, – deyə o, sözlərinə əlavə edib.

Yenilənmiş mağazada promoaksiya üzrə olan bütün məhsullar onlar üçün ayrılmış xüsusi yerdə yerləşəcək. Eləcə də mağazada tərəvəz, meyvə, çörək, süd məhsullarının satıldığı yerdə ayrıca olacaq.

Şirkətin mətbuat xidmətindən, həmçinin deyiblər ki, supermarketə məhsulların daxil olması istehlakçıların tələbləri ilə birbaşa bağlı olacaq.

Xatırlatmaq yerinə düşər ki, “Diksi”, “Viktoriya”, “Meqamart”ın da daxil olduğu 2,3 mindən çox ticarət nöqtəsini birləşdirən eyniadlı qrupa daxildir. Qrupun 54,4% səhmi biznesmen İqor Kesayevin strukturlarının nəzarətindədir. Şəxsi məlumatlara görə, 2018-ci ildə “Diksi”nin gəlirləri 298,6 milyard rubl təşkil edib. Şirkət iki ildə ilk dəfə isə 942 milyon rubl həcmində xalis mənfəət əldə etmişdi. Bu mənfəətə qarşılıq, bir il əvvəlki zərər isə 6 milyard rubl olub.

Qeyd edək ki, 3,2 milyard pulu olan, 52 yaşlı biznesmen son zamanlar şəxsi həyatı ilə də gündəmdədir. Belə ki, o özündən 24 yaş kimi məşuqəsi “Miss Sarışın Ukrayna-2013” müsabiqəsinin qalibi Olqa Klimenko ilə evlənib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...