Rusiyada alimlər unikal bioloji plastik hazırlayıblar və bu material ondan istifadə zamanı təbiətə zərər yetirmir.
Qeyd edək ki, onun hazırlanmasında hamıya çox tanış olan nişastadan istifadə olunub. Bu qablar təmamilə təhlükəsizdir və onları hətta yemək də olar.
Belə məhsulların Rusiyada ilkin istehsalı bu ilin sonlarında başlaya bilər. Plastikin hazırlanmasında materialın ultarsəs emalından istifadə edilir. Belə materialdan qablardan başqa paketlərin də hazırlanması nəzərdə tutulur.