Əsas səhifə Biznes sahələri Texnologiya Rusiyadan IT sahəsinə 200 milyard dollarlıq yatırım

Rusiyadan IT sahəsinə 200 milyard dollarlıq yatırım

996
Paylaş
texnologiya

Rusiya hakimiyyət orqanları 2017-ci ildə informasiya texnologiyalarına 200 milyard rubl (təxminən 3,3 milyard dollar) xərcləyəcək.

Bunu Rusiya prezidenti Vladimir Putin Strateji İnkişaf və Prioritet Layihələr üzrə Şuranın iclasında deyib. “Cari ildə federal və regional hakimiyyət orqanları informasiya texnologiyalarına təxminən 200 milyard rubl sərf edəcək” – deyə o, söyləyib. Dövlət başçısı vəsaitlərin effektiv istifadəsi üçün konkret qərarlar təklif edilməsini istəyib.

vladimir putin

V. Putin 2016-cı ildə Rusiyada internetin sürətinin 29% artdığını da açıqlayıb: “Ötən il Rusiyada internetin orta sürəti 29% yüksəlib. Bu, Fransanın, İtaliyanın səviyyəsidir. Simsiz şəbəkələrin yayılma dinamikası sahəsində biz aparıcı dövlətlərin səviyyəsindəyik”.

V. Putin 2010-2016-cı illərdə internetə çıxışı olan ev təsərrüfatlarının sayının 48,4%-dən 74,8%-ə yüksəldiyini vurğulayıb.

lent.az