Rusiyadan qaytarılan 35 ton pomidor təkrar ixrac oluna bilər

Date:

Paylaş:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Rusiyaya buraxılmayan 35 ton pomidorla bağlı məsələyə aydınlıq gətirib.

AQTA sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib ki, Rusiyadan geri qaytarılan Azərbaycan pomidorları ilə bağlı heç bir pomidor ixracatçıları ilə görüş keçirilməyib:

“Biz həm Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının, həm də Avropa və Aralıq dənizi, bitki mühafizəsi təşkilatlarının üzvüyük. Bu təşkilatlara üzv olan hər bir ölkə üzərinə müəyyən öhdəliklər götürür. İstər heyvan, istər bitki mənşəli məhsullarda kənara çıxmalar olduqda həmin məhsulun geri qaytarılması prosesi həyata keçirilir. Eyni proseduru biz də başqa dövlətlər üçün həyata keçiririk.

Səsləndirilən məsələ ilə bağlı biz də eyni proseduru həyata keçiririk. Son faktla bağlı onu deyə bilərəm ki, söhbət yalnız zərərvericiyə yoluxmadan gedir. Bu, məhsulun daxili keyfiyyətinə qətiyyən təsir etmir. Lazımi sağlamlaşdırıcı tədbirlər həyata keçirildikdən sonra həmin məhsulların təkrar ixracına cəhd olunur”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...