Rusiyada fəaliyyət göstərən sahibkarların 71%-i ölkədəki biznes mühitini əlverişsiz qiymətləndirir.
Rusiya mətbuatına xəbər verir ki, bu, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğu nəticəsində məlum olub.
Bununla belə, sorğuda iştirak edənlərin 76%-i biznes qurmaqda maraqlı olduğunu bildirib. Cəmi 15% respondent isə biznesin inkişafında aktiv rol oynadığına inandığını qeyd edib.
Rusiyada sahibkarlıq fəaliyyətinə mənfi təsir göstərən amillər sırasında iş adamları sosial rifahının aşağı olmasını (81%), korrpusiyanın yayılmasını (72%), enerji qiymətlərinin yüksək olmasını (71%), məhkəmə sisteminin vəziyyətini (62%), biznes sahəsində hüquqi tənzimləməni (62%), nəzarət orqanlarının fəaliyyətini (63%) göstəriblər. Eyni zamanda sahibkarların fikrinə görə, daxili bazardakı rəqabət mühiti (47%), dövlətin yürütdüyü daxili siyasət və hakimiyyətin stabilliyi (35%), kreditlərə əlçatanlıq (28%) biznes mühitinə müsbət təsir edir.