Şəmkirlilərin də kənd təsərrüfatının inkişafında xidmətləri danılmazdır.
Bunu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bildirb.
“Şəmkir sakinlərinin ən böyük üstünlüyü onların əldə etdikləri məhsulların marketinqini qurmağı bacarmasıdır. Bu gün Rusiyada yaşayan və çalışan sahibkarlarımız qəhrəmandırlar. Bu sahibkarlara bütün sahələrdə dəstək olmalıyıq. Onların ölkəmizə investisia yatırmağı dövlətimizin möhkəm təməl üzərində qurulmasından xəbər verir”,- icra başçısı deyib.
Alimpaşa Məmmədov bildirib ki, Şəmkirdə baramaçılığın inkişaf etdirilməsi üçün tədbirlər həyata keçirilir.
İcra başçısı rayonda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın uzun fasilədən sonra bərpa edilməsinin şəmkirlilər tərəfindən müsbət qarşılandığını bildirib
“Bu il Şəmkir rayonunda Çindən ölkəmizə gətirilmiş tinglərdən yeni tut bağları salınıb. Rayonda 40 min tut tingi əkilib. Növbəti ildə bu rəqəmin 80 minə çatdırılması nəzərdə tutulub. Hətta gələcəkdə bu rəqəmin daha da yüksəldilməsi planlaşdırılır”.