Rusiyanın Nijniy Novqorod şəhərindəki “Qorkovski Avtomobil Zavodu”nda “QAZel Next” markalı avtomobilinin sürücüsüz modifikasiyasının sınaqları keçirilir.
Bu barədə müəssisədən bildirilib.
Məlumata görə, bununla yanaşı ADAS (Advanced Driver Assistance System) sürücüyə yardım sistemilə təchiz olunan avtomobil üzərində də işlər görülür.
“QAZ”ın inkişafı strategiyası idarəetmənin təhlükəsizliyini və rahatlığını təmin edəcək bu cür avtomatik sistemlərin tətbiqini də nəzərdə tutur” – deyə müəssisədən qeyd ediblər.