Rusiyada lüks fashion-brendlərin satışı rekorda həddə çatıb

Date:

Paylaş:

Lüks fashion-brendlərin 2018-ci ildə Rusiyada gəlirlərində artım müşahidə olunub.

Bu haqda RBK nəşri bu kompaniyaların Rusiya bölməsinin hesabatına istinadən yazıb.

Demək olar ki, ötən il ölkə ərazisindəki bütün lüks brendlərin nəticələri ən azı 2014-cü ildən bəri ən yaxşısı olub. Gəlirlərdə ən yaxşı artım əlbəttə ki, hər il müşahidə olunan yüksəliş hesab olunur. Məsələn, “Dior”un gəlirləri 935 milyon rubldan çox, “Tiffany”də 852 milyon rubldan çox olub. Daha təvəzökar göstəriciləri isə “Bvlgari” 416 milyon rubldan çox, “Prada” 414 milyon rubldan çox, “Chanel” 291 milyon rubldan çox olub. “Louis Vuitton Moët Hennessy”nin Rusiya bölməsinin gəlirləri isə ötən il rekorda yüksəlib. 7,027 milyard rubldan 9,36 milyard rubla qədər.

Qeyd etmək yerinə düşər ki, “Fashion Consulting Group”nun (FCG) məlumatına görə, 2018-ci ildə Rusiyada lüks moda brendlərinin satışları 5% artaraq, 248 milyard rubla çatıb. “Deloitte”nin məlumatına görə isə Moskvada istehlakın 70%-i lüks malların payına düşür.

“Bain & Company”nin hesabatında deyilir ki, ötən il qlobal şəxsi lüks əşyalar bazarı rekord göstəriciyə 260 milyard avroya çatıb. Onların analitiklərinin sözlərinə görə, lüks əşyalar arasında daha çox artım göstərən ayaqqabı, zərgərlik məlumatları (hər seqment üzrə 7%), daha sonra çanta və kosmetika olub. Saatların satışı əvvəlki səviyyədə qalıb, geyim də isə qlobal satışlar düşüb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...