“Apple” texnikasının Rusiyadakı rəsmi satıcısı olan “re:Store” şəbəkəsi, “Forward Leasing” şirkətinin əməkdaşlığı ilə iPhone lizinqi xidmətini işə salıb. Bu haqda “Forward Leasing” şirkətinin press-relizinə istinadən “Forbes” məlumat verib.
Qeyd edildiyi kimi, xidmət beş smartfonu icarəyə götürməyə imkan verir: iPhone 11, iPhone 11 Pro, iPhone 11 Max, həmçinin keçənilki modellər – iPhone XS və iPhone XS Max.
Saytda göstərildiyi kimi, müştəri istənilən vaxt icarəyə götürdüyü smartfonu satın ala bilər.