Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Rusiyada ən böyük internet mağazaların Top 100-ü

Rusiyada ən böyük internet mağazaların Top 100-ü

275
Paylaş

“Data Insight” şirkəti növbəti “E-Commerce Index TOP-100” reytinqini elan edib.

Reytinqə 2018-ci ildə onlayn satışların həcminə görə, Rusiyanın ən böyük mağazalarının TOP 100-yü daxil olub.

Reytinqdə birinci yeri 111,2 milyard rubl həcmində dövriyyəsi ilə “Wildberries” tutub. 2017-ci illə müqayisədə artım 74% olub. Sifarişlərin həcmi 82% artaraq 72,5 milyon rubla çatıb. Amma ortalama qəbz 4%, 1530 rubla qədər azalıb. Reytinqin ikinci pilləsində 2017-ci ildə olduğu kimi “Citilink” onlayn mağazası qərarlaşıb. Onun satışları 33%, 73,2 milyard rubla qədər artıb. Sifarişlərin həcmi 32% və ya 7,67 milyon rubl, ortalama qəbz isə 1%, 9540 rubla qədər artıb.

 

Reytinqin 3-cü pilləsində isə “Mvideo” onlayn mağazası qərarlaşıb. Onun satışları 46% və ya 52,8 milyard rubla qədər artıb. Sifarişlərin həcmi 30%, 4,59 milyon rubla qədər, ortalama qəbz isə 12% 11 500 rubla qədər böyüyüb. Reytinqin TOP-10-ğuna, həmçinin “Ozon”, “DNS”, “LaModa”, “Eldorado”, “Svyaznoy”, “TechnoPoint”, “Petroviç” kimi onlayn mağazalar da daxil olmağı bacarıb.

Reytinqin hazırlanması zamanı, yığılan informasiyalar kompleks metodikaya əsaslanır. Həmçinin reytinqin tərtib olunması zamanı onlayn-mağazaların nümayəndələri ilə də dəqiqləşdirmələr aparılıb.

Qeyd etmək yerinə düşər ki, reytinq onlayn mağazalarının satışlarının və sifarişlərin həcmi nəzərə alınaraq tərtib olunub.