Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Rusiya şirkəti Azərbaycan sahibkarları ilə əməkdaşlıqda maraqlıdır

Rusiya şirkəti Azərbaycan sahibkarları ilə əməkdaşlıqda maraqlıdır

250
Paylaş

Rusiyanın “Politexmed” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Azərbaycan sahibkarları ilə əməkdaşlıqda maraqlıdır.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan Bizplus.az-a bildiriblər ki, “Politexmed” MMC ölkəmizdə tibbi avadanlıqların satışı və istehsalı sahəsində sahibkarlara əməkdaşlıq təklif edir. Şirkət ikitərəfli əlaqələrin inkişafı və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün cərrahiyyə və oftalmologiya sahəsində istifadə olunan müasir cərrahi tikiş materiallarının Azərbaycandakı tibb müəssisələrinə tədarükünü, eləcə də yerli müəssisənin təşkili üzrə ixtisaslı praktiki yardımın göstərilməsini təklif edir.