Əsas səhifə Məqalələr Maraqlı Rusiya oliqarxları nə qədər aliment verir?

Rusiya oliqarxları nə qədər aliment verir?

816
Paylaş

Rusiyada oliqarxların uzun zaman yaşadıqları həyat yoldaşlarından ayrılması adi hal alıb. 

Milyardlara sahib olan rus varlılarının boşanarkən nə qədər aliment verdiyi üzə çıxıb. Beləliklə, siyahını təqdim edirik:

Yelena Rıbolevleva. Həyat yoldaşı Dmitridən ayrılarkən 4,5 milyard dollar təzminat istəyib. Lakin oliqarxın vəkilləri buna etiraz edir və Yelenaya cəmi 604 milyon dollar pul və İsveçrədə iki malikanə qalır.

Səkkiz illik həyat yoldaşı Boris Berezovskidən boşanan Qalina Beşarova ancaq 350 milyon dollarla kifayətlənməli olur.

16 il birgə həyat sürən və 5 uşaq dünyaya gətirən İrina Abramoviç özü boşanma ərizəsi verir. Nəticədə əri onun hesabına 300 milyon dollar keçirir.

2013-cü ildə Vladimir Potanin həyat yoldaşı Nataliyadan ayrılır. 30 illik evlilik həyatının dağılmasına görə oliqarx üç müxtəlif yerdə torpaq sahəsi, iki malikanə və pul kompensasiyası verir.

Yekatrina Doronina Vladislavdan əmlakının yarısını verəcəyi təqdirdə boşanacağını bildirir. Amma oliqarx cəmi 10 milyon dollarla canını qurtarır.

Natalya Rottenberq hazırda Londondakı malikanədə yaşayır. 1,6 milyard dollarlıq məhkəmə iddiası baş tutmadığına görə, o ancaq İngiltərədəki daşınmaz əmlakı kirayəyə verməklə kifayətlənib.

2015-ci ildə maqnat Danil Xaçaturov dizayner həyat yoldaşı Ulyana Serqeyenko ilə boşanır. Məhkəməni udan oliqarx ayda 100 min rubl alimentlə yaxa qurtarır.

Şalva Çiqrinski boşanmadan dərhal sonra əmlakının yarısını həyat yoldaşına buraxır və ölkədən gedir. Bununla da o borclardan, kompensasiya və alimentdən canını qurtarır.

“Russkiy standart”qrupunun rəhbəri Rustəm Tariko isə məhkəməni inandıra bilib ki, uşaqlar onunla qalmalıdır. Hətta o məhkəmə qərarı ilə keçmiş həyat yoldaşının gəlirlərinin 1/3 hissəsini uşaqlara xərcləməyə nail olub.