Rusiya “Facebook” və “Twitter”ə 1 ay vaxt verib

Date:

Paylaş:

Rusiya Rabitə, İnformasiya Texnologiyaları və KİV-ə Nəzarət Üzrə Federal Xidmət “Facebook” və “Twitter”ə qarşı inzibati prosesə start verib.

“Bizplus.az” “Ann.az”-ın “Reuters”-ə istinadən yaydığı xəbərdə bildirir ki, sosial şəbəkələr Rusiyanın yerli informasiya qanunlarına necə əməl etməyi planlaşdırdıqlarını izah etməyiblər. Rusiya qanunlarına görə, rusiyalıların şəxsi məlumatlarını toplayan serverlər Rusiyada yerləşməlidir.

Federal Xidmətin rəhbəri Aleksandr Jarov açıqlamasında bildirib ki, “Facebook” və “Twitter”in məsələyə aydınlıq gətirmələri üçün 1 ay vaxtları var. Tələbə əməl edilməsə, hər iki şirkət əleyhinə addımlar atılacaq. Sosial şəbəkələri pul cəriməsi, bloklanma, texniki çətinlik yaratma kimi əks addımlar gözləyir.

Rusiya son 5 ildə sərt internet qanunları ilə diqqət çəkir. Ölkə, axtarış saytlarından bəzi məlumatları silmək, mesaj xidmətlərinə şəxsi mesajları, şəxsi məlumatları paylaşmaq kimi tələblər irəli sürüb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...