Əsas səhifə Biznes Rumıniyalı iş adamı Azərbaycan Fonduna ianə etdi

Rumıniyalı iş adamı Azərbaycan Fonduna ianə etdi

20
Paylaş

Rumıniyanın “Uni-Recycling SRL” şirkətinin sahibi Cornel Varvara  Azərbaycanda yaradılmış “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na təxminən 20 min avro məbləğində vəsait köçürüb.

Bununla yanaşı ölkəmizdə virusa yoluxan xəstələrin müayinəsi və həkimlərin sözügedən xəstəlikdən qorunması üçün lazımi tibbi avadanlıqları Azərbaycana göndərib.

Eyni zamanda, Cornel Varvara rumın iş adamlarına çağırış edərək Azərbaycan və bütün dünyada tüğyan edən koronavirus infeksiyasına qarşı mübarizədə səyləri birləşdirməyin vacibliyini bildirib. 

Qeyd edək ki, 2005-ci ildən yaradılan “Uni-Recycling SRL” şirkəti dünyanın bir sıra ölkələrində neft və neft-kimya məhsullarından çirklənmiş ərazilərin təmizlənməsi, ekoloji və ətraf mühitin mühafizəsi sahəsində bir çox layihələri həyata keçirməkdədir.