Fevralın 21-də İtaliya-Azərbaycan biznes forumu keçiriləcək. Forum Romada olacaq
Biznes-forum İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin və İCE – İtaliya Şirkətlərinin Xaricdə Təşviqi Agentliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
“İtaliyanın biznes mühiti – Azərbaycan” adlı forumda azərbaycanlı və italyan iş adamları, habelə qarşılıqlı sərmayələr yatırmaqda maraqlı olan şirkətlər iştirak edəcəklər. Biznes-forumun əsas istiqamətləri kənd təsərrüfatı texnikası, nəqliyyat, infrastruktur, telekommunikasiya, energetika və ekoloji təmiz texnologiyalar olacaq.