Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Rolls-Royce tarixi satış rekordu göstərib

Rolls-Royce tarixi satış rekordu göstərib

58
Paylaş

2019-cu ildə Rolls-Royce şirkəti 5,15 min avtomobil satıb və 116 illik tarixi ərzində rekorda imza atıb. Bu barədə şirkətin mətbuat xidmətindən xəbər verilib.

Şirkət bildirir ki, 2018-ci illə müqayisədə elit avtomobillərinin satışı 20% artıb və nəticədə səhmlərinin də dəyəri 25 % çoxalıb.

Qeyd edək ki, bu artım əsasən Rolls-Royce Cullinan yolsuzluq avtomobilinin sayəsində olub.

“Cullinan” avto-aləmdə brendin ən yaxşı ideyası hesab olunmasa da, iqtisadi cəhətdən ağıllı bir qərar olub. Ümumi satış həcminin 40%-i və təxminən 2 min avtomobil bu modelin payına düşür.

Rolls-Royce üçün ən iri bazar Şimali Amerika olub, satışların təxminən 1/3-i bura məxsusdur. Ondan sonra Çin və Avropa gəlir.