Tayland xəstəxanalarında “robot-ninjalar” fəaliyyətə başlayıblar, Business İnsider yazır. Onlar koronavirus xəstələrinə xidmət göstərən həkimlərə kömək edirlər.
Bu təkərli balaca robotları qara rəngdə olduqlarına və soyuqqanlı baxışlarına görə, “ninja” adlandırıblar. Onlar xəstələrin hərarətini ölçə və digər başqa funksiyaları yerinə yetirə bilirlər. Sayələrində həkimlərlə xəstələr arasında sosial məsafənin gözlənməsi də təmin olunur.
Qeyd edək ki, “robot-ninjalar” ilk əvvəl insult keçirən xəstələrin vəziyyətinə nəzarət etmək üçün hazırlanıb.
Hospitals in Thailand are using 'ninja robots' to help combat the coronavirus outbreak pic.twitter.com/3BVl4gS3vb
— NowThis (@nowthisnews) March 21, 2020