Robert Fletçerdən daha çox pul qazanmaq istəyənlərə 7 məsləhət

2
2890

1. Pulları xərcləməkdən imtina edin. Robet Fletçer öz həyatına aid belə bir xatirəni paylaşır: “Ukraynaya gələndə özümə 50 dollar dəyərində mobil telefon aldım. Sonra şəhərdə vaxt keçirərkən gördüm ki, hətta 18 yaşlı qızın əlində 200-500 dollarlıq telefon var”.

2. Pul yığmağa başlayın. Əslində gələcəkdə milyonçu olmaq istəyən hər bir şəxs gəlirinin 10-50%-ni ayırmalı və xəcləməməlidir. Məntiq isə olduqca sadədir: əgər pulunuz yoxdursa, bu o deməkdir ki, sizin yeni biznes imkanlarından istifadə etmək şansınız da yoxdur.

3. Öz evinizə deyil, daşınmaz əmlaka investisiya yatırın. Daşınmaz əmlak sərmayə yatırmaq üçün yaxşı imkanlar təklif edə bilər.

4. Pullarınızı qoruyun. Pul vəsaitlərinizin investisiyası zamanı diqqətli olun.

5. Pulların investisiyası zamanı ağıllı və təcrübəli insanların köməyindən istifadə etməyə çalışın. İnvestisiya üzrə ən yaxşı partnyor artıq pul qazanmaq təcrübəsinə malik olan şəxsdir. O, sizə hansı investisiyaların daha gəlirli, hansıların isə daha etibarlı olduğunu söyləyə bilər.

6. Yalnız 5 gəlir mənbəyiniz olduqdan sonra siz gəlirinizin 10%-ni əyləncəyə və iri həcmli alış-verişlərə (avtomobil, yeni televizor və s.) sərf edə bilərsiniz.

Topladığınz pulların sizə daha çox gəlir gətirməsi üçün yeni üsullar tapmağa çalışın.

7. Daha çox pul qazanmağın yollarını öyrənin. Siz bu prosesi hər həftə davam və inkişaf etdirməlisiniz. Nəticədə isə gəlirlərinizi artımağa müvəffəq olacaqsınız.

2 COMMENTS