Ripple milyarderi böyük sərvət itirdi

0
1067

Kriptovalyuta bazarında çərşənbə axşamı yaşanan enişdən sonra artıq trend müsbətə doğru irəliləsə də, hələlik bunun tamamilə bitdiyini demək olmaz. Ciddi bir xaos və qarışıqlığın yaşandığı vaxtlarda Bitcoin-in enişindən ən çox təsirlənən kriptovalyutalardan biri də Ripple oldu. Ripple yanvarın 4-də möhtəşəm bir qrafikə imza ataraq yeni rekorda – 3.84 dollara yüksələrkən, dünən yaşanan enişdə 1 dollar səviyyəsində yerini qorumaq üçün mübarizə aparırdı.

Bu enişdən ən çox təsirlənən isə Ripple-ın rəhbəri və həmtəsisçisi Kris Larsen oldu. Ripple-ın 4 dollara çatdığı vaxtlarda dünyanın kağız üzərində ən varlı adamı hesab olunan Larsen yaşanan dəyər itirilməsindən sonra sərvətinin 44 milyard dollarını əldən verib.

Ripple 3.78 dollara əməliyyat reallaşdıran vaxt 44 milyard dolları olan Larsen Ripple-ın çərşənbə günü dəyər itirdiyi vaxtda 15.8 milyard dollar sərvətə sahib idi.

Məlum olduğu kimi, Ripple digər kriptovalyuta sistemlərinin vahid mərkəzdən idarə olunması ilə tanınır. Larsenin tərəfdaşlarına məxsus olan şirkət dövriyyədəki 100 milyard Ripple-ın 61 milyardını əlində saxlayır və Larsen şirkətin səhmlərinin 17 %-nin sahibidir.

Ripple-ın 12 aylıq performansı

2017-ci ilin ən çox müzakirə olunan kriptovalyutalardan biri olan Ripple çərşənbə günü Bitcoin’-n 10 min dollar, Ethereum-un isə 860 dollar civarında müəyyənləşdiyi vaxtda “CoinMarketCap”-in məlumatlarına görə 1 dollara əməliyyat həyata keçirirdi.

Ancaq ciddi enişdən sonra tədricən özünə gələn Ripple hazırda 1.70 dollardır.

2017-ci ilin yanvar ayından bu yana Bitcoin 1500 % artarkən Ripple-da bu göstərici 35.500 %-ə bərabər idi.

kripto.az