Rihanna atasını pul üstündə məhkəməyə verib

Date:

Paylaş:

Amerikalı müğənni və aktrisa Rihanna atasını qızı ilə bağlı olan “Fenty” markasının adından milyonlarla dollar əldə etmək məqsədilə kommersiya məqsədilə istifadə etdiyinə görə məhkəməyə verib.

“Bizplus.az” bildirir ki, “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Variety” nəşri yazıb.

Tam adı Robin Rihanna Fenti olan aktrisa iddiasında bildirib ki, atası Ronald Fenti qızının adını mənfəət üçün istifadə etmək məqsədi ilə “Fenty Entertainment” adlı istedad axtarışı şirkəti yaradıb. “Fenty Beauty” və “Savage x Fenty” markalarını yaradan Rihanna, atasından bir neçə dəfə onun adından istifadə edərək iş qurmamasını xahiş etdiyini, lakin qarşı tərəfin onun istəklərini nəzərə almadığını söyləyib.

Nəşrin məlumatına görə, iddiada qeyd olunur ki, bu yaxınlaradək “Fenty Entertainment” investisiya cəlb etmək üçün müğənni ilə əlaqələrinin olduğunu bəyan edib. Ronald Fenti həmçinin otellər şəbəkəsi üçün “Fenty” əmtəə nişanını qeydiyyata almağa çalışıb, halbuki həmin zaman Rihannanın şirkəti artıq bu işlə məşğul olurmuş. Bundan əlavə o, 15 milyon dollar müqabilindəmüğənninin iştirakı ilə Latın Amerikasında konsert turuna dair “SBS Entertainment” şirkəti ilə razılıq əldə etməyə cəhd göstərib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...