Əsas səhifə Biznes Biznes məqalələri Richard Branson: “stop” deməyi çatdırmaq

Richard Branson: “stop” deməyi çatdırmaq

249
Richard Branson
Richard Branson

Virgin təsisçisi, gələcəyin milyarderlərinin dayanıqlığını sınadı və onlara ekstremal şəraitdə doğru qərarlar qəbul etməyi öyrətdi.

Milyarder Richard Branson-un keçmişi müxtəlif cür hadisələrlə zəngindir. “Finding my virginity: The new autobiography” adlı kitabında, o, ölümünə yaxın olduğu 75 hadisəni təsvir edir. Bransonun sözlərinə görə, bu hadisələr ona ən çətin vəziyyətlərdə doğru qərarlar qəbul etməyi öyrətdi. Kitabın bir bölümündə milyarder öz təcrübəsini məşhur sahibkarlara ötürdüyü haqda danışır. Burada hər hansı “tələbə”nin yanlış qərar qəbul etməsi, onun ölümü ilə nəticələnə bilərdi. Biznesmenin “ Finding my virginity: The new autobiography ” kitabı, “Alpina Publisher” nəşriyyatında nəşr olunur.

Mən həmişə macəra üçün həvəsli olmuşam. Uşaq olarkən ağaclara, böyüdükdən sonra isə dağlara dırmaşırdım. Mənim iş həyatım da macərasız olmamışdı. Fox televiziyası mənə bu televiziya şousunu təklif etdikdə, mən heç bir saniyə belə tərəddüd etmədim. Bu şouda mən öz təcrübəmi paylaşaraq, sahibkarlara müxtəlif növ tapşırıqlar verməli idim.

Bizə çox sayda iştirakçıların çəkdiyi videolar gəlməyə başladı. Bu videolarda onlardan hər biri sübut etməyə çalışırdı ki, nəyə görə digər insanlardan məhz onu seçməliyik. Öz evinin zirzəmisində yeni Spanx şirkətini təsis etmiş Sarah Blakely adlı bir qadından gələn video marağımızı çəkmişdir. Digər gözəl bir video, çox çevik və müasir mebel firması olan Lovesac-ı idarə edən Sean Nelson adlı bir oğlandan gəldi. Bu namizədlərin hər iksi finalçılar siyahısına daxil olub.

Bu şou, bizi ölkələr və qitələr üzrə gəzdirib, belə ki, sınaqların coğrafiyası kifayət qədər geniş idi. Bütün bu vaxt ərzində mən iştirakçıların sayını tədricən azaldırdım. Mənə yalnız onların qəbul etdiyi qərarlar, onların qətiyyəti və liderlik bacarıqları maraqlı idi. Milyard dollar dəyərində mükafatdan əlavə, qalib olmuş şəxs, bütün Virgin Group-un açarlarını alaraq üç ay ərzində şirkətin prezidenti vəzifəsində çalışmaq imkanını alacaqdı.

 Zambiya və Zimbabve arasındakı sərhəddə, Zambezi çayı üzərində, Viktoriya şəlaləsində xüsusilə yadda qalan bir hadisə baş vermişdir. Bu sınaq, iştirakçıların cəsarət və ehtiyatlılıq kimi keyfiyyətlərini üzə çıxarmalı idi. Həm həyatda, həm də biznesdə risk etmək bacarığı çox vacibdir, lakin bu düşünülmüş şəkildə edilməlidir. Müvəffəqiyyət ümidi kiçik olduqda isə öz həyatınızı təhlükə altına qoymaqda heç bir məna yoxdur.

İştirakçılardan biri olan Sem Xeşmati, bu təcrübədə mənim tərəfdaşım olmuşdur. Biz, NASA tərəfindən hazırlanmış xüsusi bir borunun içinə girərək, özümüzü 52 metrlik Viktoriya şəlaləsinin yüksəkliyindən aşağı atmalı idik. Kran bizi çırpınan çay axınının içinə saldı. Sem tez-tez gözlərini qırpmağa başladı. 10-dən geriyə sayma başladıq, ondan sonra isə qurğu bizi sərbəst buraxmalı idi. Üzümüzdən tər axırdı. Say beşə çatdıqda, Sem dərindən nəfəs aldı. Mən onun gözlərində qorxu və bunu həqiqətən etmək istədiyini gördüm. Bir saniyə qalmış mən “Dur!” deyə qışqırdım və onun bizi bir ət parçası halına gətirə biləcək aşağıdakı daşlara baxmasını istədim. 

Sara məni yalnız öz iş planı ilə deyil, oyuna olan münasibəti ilə də təəccübləndirdi və o, təbii olaraq finala çıxdı. Amma oyunun sonunda, mən bu qələbənin Şon üçün daha çox fayda gətirəcəyini qərara aldım. Biz Neker adasındakı Böyük evin balkonunda durmuşduq və mən ona son sınaqdan keçməyi təklif etdim. Bir milyon dollarlıq çeki əlimə götürüb onu burnunun qarşısında tutdum.

  • Sənin seçimin var,-mən ona dedim,- Sən pulları götürə bilərsən. Ya da biz bu qəpiyi ataraq daha böyük mükafat oynada bilərik. 

Şonun finaldakı seçimi şounun nəticələrini müəyyən etdi. O, macəranı seçdi. 

Mən görürdüm ki, Şon tərəddüd edir. Görünürdü ki, o, risk etmək istəyir. Nəhayət, o, qərar qəbul etdi. 

  • Mən pulları götürürəm,- o dedi. Mən böyük sevinclə çeki ona verdim.
  • Əgər sən bu qəpiyi seçsəydin, mən sənə daha hörmət etmiyəcəkdim,- deyərək, mən boynuma aldım.

Şon bu yarışda çox şey öyrəndi və bu təcrübə onun üçün faydalı oldu. Sara bu şouda qalib gəlməsə də, mən ona 750 min dollar pul hədiyyə etdim. Sara təkbaşına milyardlıq şirkət qurmuş dünyada ən gənc qadın olmuşdur.

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here