Milyarder Richard Branson Virgin Atlantic Airways Ltd.-dəki payını satmaqdan imtina edib. Bu barədə sahibkar özünün şəxsi korporativ bloqunda bildirib.
Branson şirkətdəki səhmlərin 51%-nə sahibdir. İş adamının payının 31%-ni almaq istəyən isə Fransanın Air France şirkəti olub. Əməliyyatın məbləği təxminən 284 mln. dollar ola bilərdi. Bu barədə Bloombeg yazır.
Amma iqtisadi durğunluğa və Virgin Atlantic-in öz aviaparkını və uçuşlar siyahısını doldurmasına görə Branson ona məxsus olan bütün paketi saxlamaq qərarına gəlib.
Qeyd edək ki, bu əməliyyatla bağlı razılıq hələ 2017-ci ildə əldə edilmişdi.