Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Richard Branson şirkətdəki payını Air France-a satmaqdan imtina edib

Richard Branson şirkətdəki payını Air France-a satmaqdan imtina edib

70
Paylaş

Milyarder Richard Branson Virgin Atlantic Airways Ltd.-dəki payını  satmaqdan imtina edib. Bu barədə sahibkar özünün şəxsi korporativ bloqunda bildirib.

Branson şirkətdəki səhmlərin 51%-nə sahibdir. İş adamının payının 31%-ni almaq istəyən isə Fransanın Air France şirkəti olub. Əməliyyatın məbləği təxminən 284 mln. dollar ola bilərdi. Bu barədə Bloombeg yazır.

Amma iqtisadi durğunluğa və Virgin Atlantic-in öz aviaparkını və uçuşlar siyahısını doldurmasına  görə Branson ona məxsus olan bütün paketi saxlamaq qərarına gəlib.

Qeyd edək ki, bu əməliyyatla bağlı razılıq hələ 2017-ci ildə əldə edilmişdi.