Əsas səhifə Məqalələr Fərdi inkişaf Richard Branson: Mən ən ağılasığmaz və dəlisov hərəkətləri etmişəm ki, şirkətlərim haqqında...

Richard Branson: Mən ən ağılasığmaz və dəlisov hərəkətləri etmişəm ki, şirkətlərim haqqında eşidilsin”

770

Forbes jurnalının 100 illiyi münasibəti ilə dünyanın ən ekssentrik milyarderlərindən biri, Virgin Groupun sahibi Richard Branson risk haqqında esse yazıb

 

Mənə elə gəlir ki, bu layihənin iştirakçıları olan biznesmenlər arasında – məhz mən ən ağılasığmaz və dəlisov hərəkətləri etmişəm ki, insanlar mənim şirkətlərim haqqında eşitsin. Bəzən bu fəndlər işə yarayıb, bəzən isə yox.

Virgin America kompaniyası Nyu-York Las-Veqas marşrutunu işə salanda, mənim əməkdaşlarım məni Palms hotelinin zirvəsinə apardılar və dedilər ki, mən yuxarı mərtəbədən otelin hovuzuna hoppanmalıyam, o zaman hovuzun yanında şənlik keçirilirdi. Mən rezin kanata bağlanmış şəkildə tullanmalı idim.

Bu fikir mənə bir az ürpədici gəldi: 80 km sürətlə külək əsirdi. Amma buna rəğmən mən tullandım, üzü aşağı uçduğum müddətdə binanın divarında çırpıldım, şalvarım əynimdən çıxdı.  Ayaqlarımdan qan axırdı, məhz o görkəmdə mən şənlikdə qonaqların qabağına çıxdım.

Virginin reputasiyası mənim şəxsimlə çox sıx bağlıdır, ona görə də mən gərək ehtiyatlı olum ki, öz əllərimlə öz şirkətimə ziyan vurmayım. Amma bu heç də o demək deyil ki, risk etmək olmaz. Bizim şirkətlər qrupu böyüdükcə və öz fəaliyyət sahəsini genişləndirdikcə, onun qarşılaşacağı risklərin də miqyası artır və biz ən müxtəlif sferalarda olan bu riskləri öz üzərimizə götürürük.

Bizim ən başlıca investisiya istiqamətlərimizdən biri kosmik uçuşlar satan kompaniyalar oldu. Bu kompaniyalara biz artıq 1 milyard dollardan çox vəsait qoymuşuq.

Bütün həyatımız boyu biz risk edirik, fərq etməz bu yaxınlarımız olsun, ya işgüzar partnyorlarımız. Bəzən biz üzü üstə yerə yıxılırıq, amma insanların yeni nəsə yoxlayıb, uğursuzluqla üzləşənlərə qarşı heçbir etirazı yoxdur.

banco.az

Rəy bildir

Please enter your comment!
Please enter your name here