Əsas səhifə Biznes Biznes məqalələri Richard Branson-dan ən yaxşı sitatlar

Richard Branson-dan ən yaxşı sitatlar

365
Paylaş
  1. Öyrəndiyim və həmişə tətbiq etdiyim dərs ondan ibarətdir ki, cəhd etmək, cəhd etmək və yenə də cəhd etmək lazımdır – heç vaxt təslim olmamaq!
  2. Mənə öz problemlərinizlə gəlməyin – onların həlli yollarını mənə təklif edin.
  3. Heyətin təşəbbüssüz olmasının əsas səbəbi ondadır ki, əməkdaşlar daim heç kimin birdəfəlik həll edib bitirə bilmədiyi eyni problemlərlə üzləşirlər.
  4. Detallara yüksək səviyyədə diqqət yetirmək biznes-ideyanın uğurla həyata keçirilməsini müəyyən edir.
  5. Sözü birbaşa deyən adamlar da biznes üçün faydalıdır.
  6. İnsanlara nə qədər tez-tez öz hərəkətlərinə görə cavab vermək imkanı yaratsanız bir o qədər çox əvəzini görəcəksiniz. Hər şeyi tək öz üzərinizə götürməyə dəyməz.
  7. Əgər siz problemləri müştərilərin gözlədiyindən də daha yaxşı həll edə bilsəniz o zaman onlar sizə bir ömür sadiq olacaqlar.
  8. Münasib insanları işə götürmək və onlara problemləri özlərinin həll etməsi üçün imkan yaratmaq ancaq bizim gücümüzdədir.
  9. Rəsmilik ancaq həyatı sadələşdirdiyi yəni, insanların onun köməyilə nə etmələrini daha yaxşı anladığı halda gözəldir.
  10. Əgər hər gün gördükləri tək şey qurudulmuş çiçəklər və yanğınsöndürəndirsə,o zaman insanlar şirkətə necə inana bilərlər?
  11. Bütün gücü ilə səylə çalışdığı halda səhv edənləri heç bir halda nəzərə almaq lazım deyil.
  12. Virgin Blue aviaxəttində 3 ayda bir dəfə bütün şirkət rəhbərləri baqaj daşımağa yollanırlar. Onlar düz səhər saat 4-də işə çıxırlar və  tam növbə ilə yükdaşıyan işləyirlər. Bu onlara həmin işin ağırlığı və çətinliyini anlamağa imkan verir.
  13. Siz kollektiv haqqında daha bir şeyi də bilməlisiniz – o daimi ola bilməz.
  14. İdeal iş kollektivində hər kəs həmkarlarının necə yaşadığı barədə az da olsa bilgilərə malik olmalıdır.
  15. Biznesin mahiyyəti rəsmiliyin gözlənilməsindən, fayda və praktiki nəticələrin əldə edilməsindən, mənfəət qazanmaqdan, satışa can atmaqdan, kommerisya oyunundan və digər bu kimi şeylərdən ibarət deyil. Biznes –  hər şeydən öncə sizin üçün əhəmiyyətsiz olan nə varsa odur.
  16. İnsanlara hörmət etmək – onların hər birinə hörmət etmək deməkdir, yəni təkcə kimlərdə ki təəssürat oyantmaq istəyirsiz onlarda yox.
  17. Heç nəyi düşünmə! Başla və et!
  18. Vaxt itirmə. Şansını əldən buraxma! Həyata pozitiv bax! Əgər işin səni sevindirmirsə – başqa işlə məşğul olmağa çalış.
  19. Görməyə hələ çox iş var : əllərini yanına sallayıb oturmaq lazım deyil.
  20. Həyat xoşladığın işləri görməmək üçün çox qısadır!
  21. İşlərinizin təkcə öhdəsindən gəlinməsini deyil həm də uğurlu olmasını istəyirsinizsə, o zaman sizə güvənə biləcəyiniz insanlar lazımdır.
  22. Heç vaxt “yox” cavabını qəti cavab kimi qəbul etməyin!
  23. Özünüzə meydan oxumaqla siz yüksəlmiş olacaqsınız. Həyatınız dəyişəcək. Həyata daha əmin baxışlarla baxacaqsıznız. Qarşıya qoyulan məqsədlərə çatmaq heç də həmişə asan olmur, lakin bu, dayanmaq üçün əsas deyil. Heç vaxt “təslim olacam” demə. Həmişə de: “Mən bacaracam. Və qələbə qazanmayanadək cəhd edəcəm”.
  24. Mən əminəm : “olmaz” sözü səni yolundan döndərməməlidir.
  25. Əslində sizin çatışmazlıqlarınız digər insanları heç maraqlandırmır, buna görə də siz özünüz də onlara əhəmiyyət verməməlisiniz.
  26. Həyat bir dəfə verilir və bu şansdan maksimum dərəcədə yararlanmaq lazımdır!
  27. Pul – məqsədə çatmaq üçün bir vasitədir, məqsədin özü deyil.
  28. Əgər sən hesabları gec amma mütəmadi olaraq ödəyirsənsə burda qorxulu heçnə yoxdur.
  29. İnsanların əksəriyyəti yaxşı və işin vəziyyətindən məmnun halda yaşayırlar. Yox əgər siz həyatınızın aktiv və ruhlandırılmış şəkilə olmasını istəyirsinizsə iş adamı olmağı yoxlayın. Öz biznesini qurmaq incəsənətinə yiyələnin. Bu, səhvlər etmək və onlardan dərs çıxarmaq incəsənətini öyrənməklə eynidir.
  30. Uğurlu şirkəti idarə etməyin bir çox yolları var, lakin bir dəfə yaxşı işləyən çətin ki ikinci dəfə də fəal olsun. Nəyin ki təhlükəsi barədə sizə xəbərdarlıq edirlər o sizə uğur gətirə bilər. Qaydalar yoxdur.
  31. Şirkətdə olan nizam-intizamı dəyişmək üçün fövqəlüstün səylər göstərmək lazımdır.
  32. İndi sayımız 100 nəfərdən çoxdur və biz şirkəti ikiyə bölmüşük. Onlardan hər birində də  insan sayı yenidən 100-ə çatanda mən sizləri yenə bura dəvət edəcəm və biz bir daha onları böləcəyik.
  33. Virgin korporasiyasında biz əməkdaşların özləri üçün işlədiklərini hiss etmələri üçün əlimizdən gələn hər  bir şeyi edirik, çünki bu, insanlar üçün yüksək gəlir əldə etməkdən daha vacibdir.
  34. “rəhbərlik” sözünün mənası digər bir sözə – “oyun” sözünə gətirib çıxara bilər.
  35. 5 milyon müştərimizin 95%-i bizə öz dostlarını təklif edirlər.
  36. Düşmənlərinizlə dostluq edin – bu həm biznes həm də həyat üçün yaxşı qaydadır.
  37. Yaxşı PR-tarixi tam səhifəlik reklam elanından daha təsirlidir.
  38. Amerikanın JetBlue büdcə aviaxətinin buraxılışına 120 milyon dollar xərclənib. Bizim aviaxəttin buraxılış büdcəsi 10 milyonlar təşkil edib və biz öz tapşırığımızın öhdəsindən gəlmişik.