Renault məhdud saylı Duster Adventure modelini buraxacaq

Date:

Paylaş:

Renault şirkəti Rusiyada Duster modelinin Adventure adlı məhdud saylı seriyasını təqdim edib. Ofrouder təkər tağlarının plastik əlavələri, yan moldinqlər və qara təkər diskləri ilə təchiz edilib.

Renault Duster Adventure modeli adi krossoverlərdən kuzovun perimetri boyu plastik müdafiəsi, kuzovun tünd-boz rəngi, tündləşdirilmiş arxa şüşlər və qara rəngli 16-düymlük Cyclade təkər diskləri ilə seçilir. Xüsusi seriyanın seçilən dekor elementləri  arxa dayaqdakı emblemlər və arxa bamperdə olan Adventure kəlməsi həkk edilmiş xrom əlavədir.
 

Tematik Duster modelinin salonunda qarışıq tərtibatı, seçilən tikişləri və xüsusi seriyanın loqotipləri olan oturacaqları, həmçinin Android Auto və Apple CarPlay tətbiqlərini dəstəkləyən və naviqasiyası olan Radio Connect audiosistemini görmək olar.

Adventure seriyasından olan ofrouderlər benzin və dizel mühərrikləri, mexaniki və avtomatik ötürmələr qutusu, tam çəkiş sistemi ilə təchiz edilir.  Bu modelin Azərbaycan bazarında satılması şansı da vardır. 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...