“Relax” hadisəsi ilə bağlı həbs olunan deputat oğlu sərbəst buraxılıb

Date:

Paylaş:

Ötən ilin avqust ayında Lerik rayonunda yerləşən “Relax” istirahət mərkəzində dövlət məmurlarının döyülməsinə görə həbs edilən deputat İqbal Məmmədovun oğlu Mirhəmid, qardaşı oğlu Orxan, bacısı oğlu Pərviz və onların dostları azadlığa çıxıblar.
Əldə edilən məlumata görə, bu gün səhər saatlarında məhkəmənin hökmü ilə onların hər birinə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıblar.
İttihama görə, Vergilər Nazirliyinin əməkdaşları İqbal Məmmədova məxsus “Relax”da yoxlama aparmaq üçün ora yollandıqda müqavimətlə rastlaşıblar. Daha sonra əraziyə polis əməkdaşları da cəlb olunub. Lakin Orxan Nərimanlı və obyektin mühasibi Famil İmanov vergi əməkdaşlarına yoxlamanın keçirilməsinə imkan verməyəcəklərini bildiriblər. Deputatın oğlu Mirhəmid Nərimanlı isə əlində tutduğu ratsiya ilə mühafizə xidmətinin rəisi Rahim Şahverdiyev, mühafizəçi Amir Abbasov və digər işçilərə göstəriş verib ki, vergi əməkdaşları binadan çıxarılsın və içəri buraxılmasınlar. M.Nərimanlı bu göstərişinin icra olunmasına şəxsən nəzarət edərək saat 19 radələrinədək onları içəri buraxmayıb.
Bu zaman vergi əməkdaşları əraziyə Lerik rayon Polis Şöbəsinin əməkdaşlarını çağırıblar Daha sonra isə onlar vergi və polis əməkdaşlarının üzərinə hücum edərək yumruq, təpik və daş parçaları ilə zərbələr vurublar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...