Amerikanın Relativity Space şirkəti C raundunda 140 milyon dollar cəlb edib. TechCrunch xəbər verir ki, əsas səhmdarlar Bond və Tribe Capital vençur şirkətləri olub.
Cəlb olunan vəsait Los-Angeles-də Stargate 3D-printer texnologiyalı raketi istehsal edən zavodun inşasına ayrılacaq. Şirkət belə hesab edir ki, patentləşdirilmiş Relativity Space texnologiyası raketlərin istehsal müddətini 60 günə kimi azaltmağa imkan verir.
Onun köməyi ilə Realtivity Space ilk Terran 1 raketini hazırlamağı düşünür. Terran 1-in maksimal faydalı yükü 1,25 ton təşkil edir.
Şirkətin əsas məqsədi peyklər hazırlamaqdır – əsas da telekommunikasiya şirkətlərinin orbit peykləri. 2019-cu ilin aprelində Relativity Space, Telesat şirkəti peyklərinin aşağı yer orbitinə çatdırılması ilə bağlı razılıq imzalayır.
Terran 1-in ilk buraxılışı 2021-ci ilin fevralına planlaşdırılır.